Mobil operator ISO 10004:2018 standartına uyğunluğunu yenidən təsdiqləyib
"Azercell Telekom" MMC müştəri xidmətləri sahəsində beynəlxalq standartlar üzrə aparılan sertifikasiya auditindən uğurla keçərək ISO 10004:2018 sertifikatını yeniləyib. Bu sertifikat müştəri məmnuniyyətinin ölçülməsi və keyfiyyətin idarə olunması üzrə beynəlxalq tələblərə uyğun fəaliyyət göstərən şirkətlərə təqdim edilir.
Dəyərləndirmə zamanı Azercell-in müştəri məmnuniyyətini daim diqqət mərkəzində saxladığı, müştəriyönümlü yanaşması və xidmət keyfiyyətinə sadiqliyi bir daha təsdiqlənib. Sertifikatlaşdırma prosesi "TÜV Austria Azərbaycan" MMC tərəfindən həyata keçirilib.
ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standart qurumlarını birləşdirən federasiyadır. Təşkilat idarəçilik, texnologiya, biznes sahələrində xidmət və təcrübələrin keyfiyyətini dəyərləndirən minlərlə standartı təsdiq edir.
Qeyd edək ki, Azercell ISO 10004:2018 standartı üzrə ilk sertifikatını 2021-ci ildə qazanıb. Şirkət ardıcıl olaraq dördüncü dəfə ISO 10004 sertifikatına layiq görülür.
http://file:///C:/Users/Admin/Downloads/azercell_zertifikate_10004_25_A4.pdf