Bu gün İsrail ordusu Livana PUA-larla zərbə endirib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livan rəsmi agentliyi NNA məlumat yayıb.
Məlumata görə, İsrail ordusu Livanın cənubundakı Nəbatiyyə əyalətində bir neçə hədəfi bombalayıb: "Nəticədə iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb".
Məlumatda o da deyilir ki, İsrail dronları bundan başqa Beraşit, Joya, Səfad Battih şəhərləri arasında hərəkətdə olan 3 maşını da vurub: "Maşınlarda olanlar hadisə yerində ölüblər. İtkilər dəqiqələşdirilir"
İsrail ordusu faktı təsdqiləyib.
Bildirilib ki, droan zərbələri ilə Hizbullah qruplaşmasının yüksək vəzifələrindən bir neçəsi öldürülüb.
Tahir Şəlvəli
MİA.AZ