"Qərbdə Rusiya təhdidinə qarşı kifayət qədər narahatlıq olmasa da, fakt budur ki, Rusiyanın növbəti hədəfi bizik. Zaman bizim tərəfimizdə deyil, gecikmədən hərəkətə keçməliyik.".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri NATO-nun Baş Katibi Rutte Almaniya Xarici işlər naziri Yohann Vadefulun moderatorluğu ilə Berlində Münhen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.

Baş Katibin sözlərinə görə, Rusiyanı dayandırmaq üüçn daha qətiyyətli davranılmalıdır: "Bu gün sizə NATO-nun mövqeyini və müharibə başlamazdan əvvəl onu dayandırmaq üçün nə etməli olduğumuzu demək üçün buradayam. Düzdür, son bir ildə müdafiə istehsalını artırmışıq, lakin bu, hələ yetrəli deyil. Buna görə bizi təbrik etməyin vaxtı da deyil. Qorxduğum odur ki, Avropada çox insan bu təhlükənin fərqində deyilŞ, ona səssiz və laqeyddir. Çox insan narahat deyil, təcili tədbirləruin vacibliyini anlamır. Bəziləri isə vaxtın bizim xeyrimizə işlədiyinə inanır. Halbuki, bu, belə deyil".

Baş katib bildirib ki, müdafiə xərcləri və istehsalı sürətlə artmalıdır: "Silahlı qüvvələrimizin bizi təhlükəsizliyimizi təmin etməsi üçün lazım olan hər şeyə sahib olmalıdır. Bunun üçün ilk növbdə Ukraynaya güclü dəstək olmalııdr. Onlar tək öz ölkələrinin müdafiəsi üçün deyil, həm də bizim gləcək təhlükəsizliyimiz üçün döyüşürlər. Onlara özünü müdafiə etmək üçün lazım olan dəstəyi verməliyik. Rusiya bu il NATO və Ukraynaya qarşı daha amansızdır" 

O, Yeni ildən əvvəl Ukraynada sülh müqaviləsinin bağlanma ehtimalıni da mümkün saymayıb: "Bunu demək çətindir. ABŞ və biz buna nail olmaq üçün çox çalışırıq. Ukraynaya gəldikdə, ABŞ və Avropanın eyni mövqedə olacağına inanırlarmı?! Bəli, əminəm. Düşünürəm ki, biz bu birliyi davam etdirə bilərik. Biz ədalətli sülh istəyirik. Bəs ruslar bunu qəbul edəcəklərmi? Açığı, bilmirəm. Bu, Rusiya üçün böyük bir sınaqdır"

Samir Musayev

MİA.AZ