"Rusiya Ukraynada uzunmüddətli sülhü təmin edəcək sənədn imzalanmasına üstünlük verir".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.
O bildirib ki, rəsmi Moskva, əslində, Ukraynada atəşkəsə deyil, sülh üçün çalışır.
Moskvada bir qrup jurnalistin suallarını cavablandıran peskov daha sonra Zelenskinin ölkədə prezident seçkiləri keçiriləməsi istiqamətində verdiyi açıqlamaları müsbət saydığını deyib: "Vladimir Zelenskinin ölkəsində prezident seçkilərinin keçirilməsi ehtimalı ilə bağlı açıqlamaları prosesdə yenilikdir. Rusiya Prezidenti Vladimir Putin uzun müddətdir ki,məhz bu məsələni və onun legetimliyini tez-tez qaldırır. İndi hazırkı vəziyyəti yaxından izləyirik. Vəziyyətin necə inkişaf edəcəyini görəcəyik"
Firudin Səfərli
MİA.AZ