Türkiyə Respublikası Mərkəzi Bankının valyuta ehtiyatı son bir həftə ilə müqayisədə azalıb.

Mia.az Türkiyə mətbuatlna istinadla xəbər verir ki, bu barədə Bank həftəlik hesabat açıqlayıb.

Hesabata əsasən, əvvəlki həftə ilə müqayisədə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 626 milyon dollar azalaraq 75,613 milyard dollara düşüb: "Qeyd edilən dövr üzrə qızıl ehtiyatı isə 3,237 milyard dollar artaraq 104,392 milyard dollardan 107,629 milyard dollara yüksəlib".

Lamiyə

MİA.AZ