Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov və Milli Şuranın sədri Cəmil Həsənli bu gün Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadə verdikdən sonra sərbəst buraxılıblar. 

Mia.az xəbər verir ki, bu barədə AXCP üzvləri sosial mediada məlumat paylaşıblar.

Xatırladaq ki, hər iki şəxsin PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevə açılmış cinayət işi üzrə DTX-ya çağırıldıqları haqda məlumatlar yayılıb.