Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya Prezidenti Vladimir Putin müəyyən şərtlər daxilində Ukraynada atəşkəsə razılaşmağa hazırdır.
Bu barədə "Report" "Welt am Sonntag" nəşrinə istinadən xəbər verir.
O, Moskva və Kiyevin sülh sazişinin əldə edilməsinə marağının artdığını qeyd edib. Nazirin sözlərinə görə, müharibə zamanı tərəflər öz imkanlarının sərhədlərini görüblər.
"Anladığımız kimi, cənab Putin də müəyyən şərtlər daxilində atəşkəs və hərtərəfli sülh sazişi ilə razılaşmağa hazırdır".