Vatikan Dövlət başçısı Papa XIV Leonun ilk rəsmi xarici səfəri Türkiyəyə edb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, saat 10:40-da  Roma Beynəlxalq Leonardo Da Vinçi Hava Limanından o, Papanın gerbini daşıyan şəxsi təyyarə ilə yola düşüb.

Məlumata görə, Papa XIV Leon əvvəlcə paytaxt Ankarada Ərdoğan tərəfindən qarşılanacaq, onunla müzakirə aparacaq.

Daha sonra o, İstanbulda görüşlər keçirəcək, dini ayin verəcək.

Xəbərdə deyilir ki, Papa ilə birgə Türkiyəyə 70-dən çox jurnalist gəlib.

Firudin Səfərli
MİA.AZ