Vaşinqtonda - Ağ Evin yaxınlığında dünyanın diqqətini özünə cəlb edəcək sensasion hadisə yaşanıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, adı aççıqlanmayan bir nıfər qəfildən Ağ Evin mühafizəsini təşkil edən Milli Qvardiya üzvlərini atəşə tutub.
İlkin məlumata əsasən, Milli Qvardiyanın ən azı iki üzvü güllələnbi.
"Associated Press"ə danışan rəsmilərdən biri bu faktı təsdiqləyib: "Şübhəli saxlanılıb. Səbəb və təfərrüat hələ tam aydın deyil".
***
Son məlumata görə, qvardiya üzvlərini ağır yaralayan Əfqanıstan vətəndaşı Rəhmanulla Laqanval adlı mühacirdir.
Lamiyə
MİA.AZ