Sabah Vatikanın dövlət başçısı Papa Leo XIV Türkiyəyə gələcək.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Ərdoğanın dəvəti ilə Ankaraya gələcək Papa 30 noyabra qədər müxtəlif görüşlər keçirəcək.
Görüşlərdə Türkiyə-Vatikan münasibətləri, eləcə də mövcud regional və qlobal inkişaflar, xüsusən də Fələstin məsələsi müzakirə olunacağı gözlənilir.
F.Səfərli
MİA.AZ