Ermənistan parlamentinin spikeri Alen Simonyan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı Ermənistana səfərə dəvət etməyi planlaşdırır.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə A.Simonyan jurnalistlərə açıqlamasında bildirib.

O, Azərbaycana səfər etməyə hazır olduğunu da qeyd edib: “Mən lazım olan vaxtda Azərbaycana səfər etməyə hazıram. Həmkarımı hansısa formatda Ermənistana dəvət etmək niyyətindəyəm”.

Simonyan Azərbaycana səfərə dəvət alıb-almamağı ilə bağlı suala isə “xeyr” cavabını verib(report).