İstanbulda casusluq edənlər tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Kəşfiyyat Təşkilatı (MİT) açıqlama yayıb.

Bildirilib ki, İstanbul Polisi və Baş Prokurorluğu ilə birgə keçirilən əməliyyatla Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xeyrinə  siyasi və hərbi casusluq fəaliyyəti göstərən şəxslər qandallanıb: "Əməliyyatla üç şübhəli saxlanılıb. Bir nəfər isə axtarışdadır. Əməliyyat istintaq tədbirləri davam edir"

Firudin Səfərli
MİA.AZ