ABŞ Ukrayna ilə Rusiya arasındakı 3 ildən çox davam edən müharibən i bitirmək üçün yeni təkliflərdən ibarət plan hazırlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, artıq planın detallarını özündə əks etdirən sənəd Ukrayna prezidenti Volodimir Zelenskiyə təqdim olunub.
Ukrayna Prezident Aparatı faktı təsdiqləyib: "ABŞ prezident Zelenskiyə Rusiya-Ukrayna müharibəsinin bitirilməsi ilə bağlı yeni təkliflərdən ibarət diplomatik prosesi gücləndirəcək bir plan göndərib. Ukrayna Prezidenti ABŞ tərəfindən göndərilən plan layihəsini rəsmi olaraq alıb. Zelenskinin bu gün planı müzakirə etmək üçün Ukrayna rəsmiləri ilə görüş keçirib. O, görüşdə xalqımız üçün vacib olan fundamental prinsipləri təkrarladı və müharibənin şərəflə bitməsini təmin etmək üçün planın müddəaları üzərində işləmək barədə razılığa gəldik.
Bir daha bəyan edirik ki, Ukrayna Rusiyanın işğalının ilk saniyələrindən bəri sülhə can atır və əsl sülhü yaxınlaşdıra biləcək bütün təklifləri dəstəkləyir. Sülhə nail olmaq üçün Amerika tərəfi və Avropadakı və dünyada müttəfiqlərimizlə konstruktiv işləməyə hazırıq. Ukrayna Prezidentinin yaxın günlərdə Prezident Trampla mövcud diplomatik imkanları və sülh üçün zəruri olan əsas məqamları müzakirə etməsi gözlənilir".
Zülfiyyə
MİA.AZ