Bu gün Ukrayna ilə Rusiya arasında meyit mübadiləsi olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Hərbi Əsirlərin Müalicəsi üzrə Koordinasiya Mərkəzi məlumat verib.

Məlumata görə, mübadiləsi çərçivəsində müharibədə həlak olan 1000 Ukrayna əsgərinin nəşi geri alınıb: "Meyitlər ekspertizadan sonra ailələrinə veriləcək"

TASS xəbər agentliyi isə yazıb ki, Rusiya 1000 meyitin əvəzinə Ukraynadan 30 rus əsgərinin cəsədini alıb.

Samir Musayev
MİA.AZ