Avropa İttifaqı (Aİ) Komissiyası 27 üzv dövləti arasında fövqəladə hallarda hərbi mobilliyi təmin etmək mqəsədiylə vahid ordu quruculuğu istiqamətində mühüm plan hazırlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, plana əsasən, 2027-ci ilə qədər "Hərbi Şengen" zonası yaradılacaq.

Məlumata görə, bununla da 27 üzv ölkənin qoşunları "Hərbi Mobillik Paketi"nə uyğun olaraq, vahid ordu şəkilində təmərküzləşəcək: "Eyni zamanda, fövqəladə hallarda normal nəqliyyat qaydalarının tətbiqi, üzv dövlətlər arasında sərhədlərdən hərbi hissələrin və avadanlıqların sürətli və geniş şəkildə hərəkət etməsinə imkan yaradacaq. Bir sözlə, böhranlı durumlarda 2027-cvi ilədək hərbi manevrlər üçün "Hərbi Şengen" zonası formalaşdırılacaq".

Samir MUSAYEV
MİA.AZ