Bu gün Xocalı rayonunun Xanyurdu və Şuşakənd kəndlərinə növbəti köç yola salınıb.
Mia.az xəbər verir ki, bu dəfə Şuşakənd kəndinə 19 ailə (55 nəfər), Xanyurdu kəndinə isə 12 ailə (34 nəfər) köçürülüb.
Məlumat üçün bildirək ki, köçürülən hər bir ailə dövlət tərəfindən təmirli mənzillərlə təmin edilir.