Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidməti İdarəsi diaqnostika və müalicə üçün istifadə olunan xüsusi mallar və dərmanlar alır.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki, nazirlik bunun üçün 922 274 AZN xərcləyəcək.

FHN və satışı həyata keçirəcək deputat Kəmaləddin Qafarova məxsus olduğu bildirilən “Azəri Med” QSC arasında müvafiq müqavilə bağlanıb.