Türkiyənin 7 şəhərində kriminal dəstələrə qarşı əməliyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Onun sözlərinə görə, jandarma qüvvələrinin iştirakı ilə 7 şəhərdə 8 ayrı mütəşəkkil kriminal dəstələrə qarşı uğurlu əmliyyat baş tutub: "Əməliyyatlarda 64 şübhəlini saxladıq. Onlardan 36 nəfəri haqqında həbs qətmkan, 26-sı haqqında ev dustaqlığı qərarı verilib. 2 nəfərin istintaqı davam edir"
Nazir deyib ki, saxlanılanlar fırıldaqçılıq, silah qaçaqmalçılığı, təhdidlər, ev və nəqliyyat vasitələrinə atəş açmaq, qumar, xərackəsmə, sələm və sair cinayətlərdə ittiham olunurlar.
 
Samir Musayev
MİA.AZ