Türkiyənin Bolu bölgəsinin Mudurnu rayonunda mal-qara arasında dabaq xəstəliyi kütləviləşib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəticədə 18 kənd və 4 məhəllə karantinə alınıb.
Məlumata görə, kənddən hər hansı heyvanın girib-çıxması rəsmən qadağan olunub: "Baytarlar bölgəyə yönəldillib, tədbirlər görülür".
Xatırladaq ki, Azərbaycanın da bir çox rayonlarında, xüsusilə Zaqatala-Balakən zonasında dabaq xəstəliyinə yoluxma halları artıb.
Samir Musayev
MİA.AZ