Çin kosmosa siçovullar göndərib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Çin ən gənc astronavtı Vu Feyi ilə yanaşı, dörd qara siçovulu Şençjou-21 missiyası ilə Tianqonq Kosmik Stansiyasına kosmosa yola salıb.

Məlumata görə, siçovulllar "kosmik yetişdirmə"də təcrübədən çıxarılacaqlar: "Onların kosmosda çoxalma prosesi izləniləcək".

Məlumatda deyilir ki, bu,  Çinin kosmik stansiyaya kiçik məməlilər göndərdiyi ilk dəfədir.

Tahir Şəlvəli
MİA.AZ