Xəbər verildiyi kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Qaradağ Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək, bir neçə nəfəri həbs edib.

Mia.az xəbər verir ki, yoxlamalar nəticəsində saxlanılanlar arasında rayonun icra başçısının müavini Muradov Nadir Yədulla oğlunin da adı var.

Məlumata görə, N.Muradov barəsində 4 aylıq həbs-qətimkan tədbiri qərarı verib.

Bəs bu Muradov kimdir? Haradan Qaradağ İH-yə "yol tapıb"?

Mia.az xəbər verir ki, Feysbukı-dakı "Bizim Lənkəran" səhifəsi həbs olunan müavinlə rayounun icra başçısı Süleyman Mikayılovun keçmişə dayanan əlaqələrindən maraqlı faktları yazıb:

 "Lənkəran Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı, Lənkəranı tarimar edən, hazırda Qaradağın icra başçısı Süleyman Mikayılovun müavini, həm də "pul yığanı" olmuş Nadir Muradov Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən dünən həbs edilib.

N.Muradov əvvəllər Lənkəran ŞİH aparatında ərazi və idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra o, sabiq başçının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini işləyib.

Süleyman Mikayılov Qaradağ Rayon İcra Hakimiyyəti başçısı təyin edildikdən sonra o, sadiq kadrını özü ilə aparıb və onu ilk öncə Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları iş şöbəsinin müdiri təyin edib. 

Daha sonra N.Muradov vəzifə pilləsində biraz da irəliləyərək S.Mikayılovun müavini təyin edilib. 10 ilə yaxındır ki, Süleyman Mikayılovun müavini işləyən N.Muradov dünən keçirilən əməliyyat tədbirləri nəticəsində həbs edilib.

Süleyman Mikayılovun Lənkərana vurduğu zərəri heç bir icra başçısı etməyib. Lənkəranın mərkəzində yerləşən parkda 100, 200 və 300 ilə qədər yaşı olan, dövlət tərəfindən qorunan ağacları bir gecədə kəsdirib oduncaq edən Süleyman Mikayılov hələ də vəzifəsini qoruyub saxlaya bilib".

Samir

MİA.AZ