İlkin RÜSTƏMZADƏ

***

Gəncəyə gələndə maşınımın təkəri partladı. Evakuator çağırıb apardım məhləyə.

Bugünə olan rəsm sərgisiylə bağlı təcili Bakıya dönməliydim. Qatara bilet aldım.

Səhər tezdən gəldim Gəncə Dəmiryol Vağzalına.

Girişdə mənasız növbə var idi. İnsanların biletini bir-bir yoxlayırdılar. Qatara gecikmə ehtimalı yaranmışdı.

Bunu gördüm və çox nəzakətli şəkildə bilet yoxlayan xanımlara dedim ki, rəhbərliyinizə təklif edin, Avropadakı kimi qatarda yoxlayın da bunu.

Çestlərinə dəydi çox nəzakətli şəkildə təklif verməyim. Bunlar Aristoteldirlər də, hər şeyi bilirlər.

Növbəm çatdı. Bileti göstərdim. Vəsiqə istədilər məndən. Dedim ki, maşınım qəza edib, sənədlər hamısı oradadır.

Bilet yoxlayan qız çox həyasızcasına dedi ki, vəsiqə ya da maygov yoxdursa, buraxmıram.

Dedim ay xanım, insanlıq halıdır, qəza eləmişəm. Dedi yox e, nə danışırsan.

Dedim gedək, qatarda nə lazımdı açım. Özü də bütün bunları az qala yalvarış, əzizləmə tonuyla, oradakı əməkçilərimizi əzmədən, incitmədən dedim.

Nuh dedilər, peyğəmbər demədilər. Məni o stansiyada, hamının qarşısında utandırdılar. Az qala biletsiz sərnişin, potensial cinayətkar kimi mühasirəyə aldılar.

Çox nəzakətlə dedim ki, mən ölkənin ən çox satılan kitabının müəllifiyəm. Azca hörmət qoyun da qələm adamına.

Dirəşdilər ki, mygov aç. Dedim məndən heç yerdə heç kim sənəd falan soruşmur deyə bu şeyləri istifadə etmirəm. Hava limanında belə, pasportumu almazdan əvvəl adımla salam verirlər.

Dedilər yox e, mygov olmalıdır. Sonra birtəhər mygov açdılar mənə. Telefonu tutdular üzümə.

Məni tanıyan stansiya rəhbəri zəng elədi əməkdaşına 2 dəfə, telefonu verdi mənə ki, mygov məcburidir, üzrlü sayın.

Mən də sakit və təmkinli şəkildə həm adama, həm də qıza dedim ki, sizi bu rəftarınıza görə utandıracam.

Ümid edirəm, ADY rəhbərliyi də ölkənin ikinci böyük şəhərinin dəmiryol vağzalına və vizitkartı olan Bakı-Gəncə qatarına bu cür yaramaz adamları işə aldığı üçün utanar.

Bu arada, deyəcəksiniz ki, niyə axı bu şeylər ancaq sənin başına gəlir? Bilmirəm.

Allah haqqı mən də bezmişəm belə şeylər yaşamaqdan, bunları yazmaqdan.

Mən də bezmişəm, Allah haqqı. Bunlar niyə mənim başıma gəlir, hələ də anlamıram.

Bəlkə də, Allah azərbaycanlılara mesaj verir.

P.S.Yazı müəllifin sosial media hesabında paylaşılıb.

MİA.AZ