İstanbulun mərkəzi küçəsində dünən baş verən kuryoz hadisə dünya mediasının da diqqətini çəkib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Beyoğlunun ən izdihamlı küçələrindən sayılan Büyükhendek küçəsində 27 yaşlı U.Y. sevgilisi - 57 yaşlı N.B-nin boynuna it xaltası keçirib onu diz üstə yeridərək, it, pişik səsləri çıxartdırıb.

Həmin anlarda o, 57 yaşlı qadının sevgilisi olduğunu gizlətməyib. Hətta utanmadan küçədən keçənərə deyib ki, bununla onu əhilləşdirir: "Qadınlar belədir, necə əhilləşdirsən, elə də olarlar".

Türkiyə mətbuatı yazır ki, bu görüntülərin yayılmasından sonra polis hərəkətə keçib və onların hər ikisini evlərində saxlayıb: "Polisdə ifadələri alındıqdan sonra onlar hakim qarşısına çıxarılıb. Məhkəmə "xalqda kin və nifrət yaratmaq" ittihamı ilə onlar haqqında həbs qətimkan tədbiri seçib".

Firudin Səfərli
MİA.AZ