Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Veteranlar Şurasının sədri Arif Rəhimzadə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin partiyanın Veteranlar Şurasından, o cümlədən YAP-dan hələ də xaric edilməməsinə aydınlıq gətirib.

Mia.az-ın məlumatına görə, A.Rəhimzadə Pravda.az-a açıqlamasında bildirib ki, hər şey qanun çərçivəsində həll edilməlidir: 

“Ramiz Mehdiyevlə bağlı məsələlər sübuta yetirildikdən sonra bu addımlar atılacaq. Bu dəqiqə araşdırmalar aparılır. Nəticəyə əsasən, həm müvafiq orqanlar, həm də YAP tərəfindən Ramiz Mehdiyev barədə qərar qəbul olunacaq”.