"Rəsmi Moskva Avrasiya regionunda təhlükəsizlik arxitekturasının yaradılmasının vacib sayır".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Moskvada keçirdiyi mətbuat konfransında deyib.

O, "Rusiya NATO ölkələrinə hücum etməmək üçün zəmanət verməyə hazır olduğunu açıqlayıb. Yeni razılaşma mümkündürmü?", sualına caabda bildirib ki, bu zəmanət ya hərtərəfli olacaq, ya da heç olmayacaq: "Biz inanırıq ki, Avrasiyada təhlükəsizlik bütün komponentləri üzrə bölünməzlik prinsipinə əsaslanmalıdır. Bu prinsiplə qarşılıqlı zəmanətlər verilməli, buna nail olunmalıdır".

Zaxarova Rusiyanın nüvə enerjisi ilə işləyən yeni silahlarını sınaqdan çıxarması barədə dünyada yaranmış ajiotaja da rəy verib: "Bu, əslində, dünyadakı strateji tarazlığı qorumaq məqsədiylə edilib. Rusiya bnunla NATO ölkələrinin, xüsusən də raketdən müdafiə sahəsindəki qeyri-sabitlik yaradan hərəkətlərinə cavab mesajı verir. Yeri gəlmişkən, hər kəs bilməlidir ki, Rusiyanın hərbi və siyasi maraqlarını sarsıtmaq cəhdlərinə cavab veriləcək".

Samir Musayev
MİA.AZ