Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İmralıda ömürlük həbsdə olan PKK terror təşkilatıbnın lideri Abdullah Öcalanla təmasda olan DEM Partiyasının nümayəndə heyətini qəbul edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Kompleksində keçirilən qəbul fotolardan sonra mətbuata qapalı davam etdirillib.
Görüşdə AK Partiyanın sədr müavini Efkan Ala və MİT direktoru İbrahim Kalın da iştirak etdilər.
Türkiyə mediası yazır ki, görüşdə PKK-nın Türkiyədən tamamailə çəkilməsindən sonrakı vəziyyət əsas müzakirə mövzusudur.
Zülfiyyə Mustafayeva
MİA.AZ
