Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan XİN paylaşım edib.

Görüş Səmərqənd şəhərində keçirilən UNESCO-nun Baş Konfransının 43-cü sessiyası çərçivəsində baş tutub.

C.Bayramov Özbəkistanı bu nüfuzlu qlobal tədbirə uğurla ev sahibliyi etməsinə və mükəmməl təşkilinə görə səmimi qəlbdən təbrik edib.