Bu gün İsrail ordusunun Livanın cənubuna ikinci hücum həyata keçirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İsrail ordusu Livanın cənubundakı iki fərqli hədəfi bombalayıb: "gün ərzində artıq ikinci dəfə İsrail qüvvələri Çarmak və Mahmudiyyə bölgələrinə zərbələr endirib".

Hücumda öləən və yaralananlar haqqında məlumat verilməsə də, İsrailin hərəkəti ölkəyə təcavüz kimi qiymətləndirilib.

İsrail ordusu isə hücuma haqq qazandıran bəyanat verib. Bildirilib ki, bölgədə İsrailə qarşı hərəkətlənən "Hizbullah" qüvvələri vuurulub.

Tahir Şəlvəli
MİA.AZ