Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb
Mia.az xəbər verir ki, sərəncama əsasən, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Vahid oğlu Rzayev vəzifəsindən azad edilib.
Qeyd edək ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində rayonun icra başçısı İslam Rzayev, onun müavinləri, rayonun baş memarı və digərlərinin saxlandığı bildirilir.
Saxlanılanlar korrupsiya cinayətlərində şübhəli bilinirlər.