Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəmil Rəhimov Şirvanda dəfn olunub.

Mia.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Şirvan şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb(Report).

Qeyd edək ki, Cəmil Nizami oğlu Rəhimov 1969-cu il iyunun 5-də Sabirabad rayonunun Cəngən kəndində anadan olub. 1992-ci il mayın 8-də Şuşada gedən döyüşlər zamanı itkin düşüb.

Allah rəhmət eləsin!