Azərbaycanda səfirlik açmağa hazırlaşan Estoniya qardaş Türkiyə ilə də münasibətləri istiləşdirir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu məqsədlə Estoniya xarici işlər naziri Marqus Tsahkna sabah Türkiyəyə səfər edəcək.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər sabah gerçəkləşəcək: "Orada o, həmkarı Hakan Fidanla Türkiyə ilə Estoniya arasında müdafiə sənayesi, hərbi sahə ilə əməkdaşlığın güclənməsi, Türkiyənin Avropa təhlükəsizlik arxitekturasındakı strateji rolu və Türkiyə-AB münasibətlərinin gündəliyindəki prioritet məsələlər, gömrük məsələləri və sair həllini gözləyən aktual məsələləri müzakirə edəcək"

Xəbərdə nazirin Prezident Ərdoğanla görüşünün də nəzərdə tutulduğu deyilir.

Firudun Səfərli

MİA.AZ