Azərbaycan Mərkəzi Bankı daha bir vəzuifəli şəxsi cərimələyib.

Mia.az xəbər verir ki, bu barədə Bank məlumat yayıb.

Bildirilib ki, Prior Credit" ASC bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub: "Aparılan cari nəzarət prosesləri çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilib. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə əsasən BOKT-un vəzifəli şəxsi Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 2 000 manat cərimə olunub".