Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) direktoru Rafael Mariano Qrossi BMT Baş Katibi vəzifəsinə iddiasını açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə onun özü jurnalistlərə açıqlama verib.
Rafael Mariano Qrossi suala cavabda bildirib ki, 2026-cı ilin sonunda keçiriləcək BMT Baş Katibi vəzifəsinə seçilmək üçün çalışacaq: "Bəli, Baş Katib vəzifəsinə namizəd olacağam. Bu sirr deyil. Namizədliyim isə hazırkı vəzifəmin icasına problem yaratmayacaq".
O, daha sonra hazırkı işinin Baş katib vəzifəsini də "çox yaxşı idarə edəcəyini sübut etdiyi"ni deyib.
Xatırladaq ki, BMT Baş Katibi vəzifəsində iki müddət çalışmış Quterreşin səlahiyyət müddəti 2026-cı ilin sonunda bitir. O, bu posta 3-cü dəfə seçilə bilməz.
Samir MUSAYEV
MİA.AZ
 
                 
                 
                                     
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                
