Suriya hökuməti Kosovonu rəsmi olaraq tanıyıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Suriya Ərəb Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda deyilir ki, Ər-Riyadda Suriya, Səudiyyə Ərəbistanı və Kosovo arasında üçtərəfli görüşün keçirilib və qərar da bu görüşdə verilib: "Dəməşq hökuməti bununla da Kosovo Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlığı inkişaf etdirməyi və hər iki ölkənin və xalqının ortaq maraqlarına xidmət etmək üçün beynəlxalq platformalarda diplomatik koordinasiyanı artırmağı hədəfləyir".

Kosovo prezidenti Vjosa Osmani ölkəsini tanıdığına görə Suriya hökumətinə təşəkkür edib.

Lamiyə Əhmədli
MİA.AZ