İspaniya hökuməti Türkiyənin ilk istehsalı təlim və yüngül hücum təyyarəsi HÜRJET-in alınması təsdiqləyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hökumət bu məqsədlə Müdafiə Nazirliyinin tələb etdiyi 3,12 milyard avroluq büdcə planına razılıq verib.
Məlumata görə, bununla da İspaniyanın Türkiyədən 30 noyabr 2035-ci ilə qədər 45 ədəf HÜRJET təyyarəsini alacağı rəsmiləşib: "Təyyarələrin ilk partiyası Madridə 2028-ci iln əvvəlində təslim ediləcək..."
Lamiyə Əhmədli
MİA.AZ
 
                 
                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                 
                                
