Bir neçə gün əvvəl bir çox saytlarda  PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev və şöbə müdiri Əli Həsənovla adı biznes və şəxsi dostluq əlaqələrində hallanan vaxtilə Nərimanov rayonu İcra Hakimiyyətində, indisə Abşeron İcra Hakimiyyətində yüksək vəzifə tutan Nurlan Həsənovla bağlı iddialar onu və ətrafını qorxuya salıb.

Mia.az-ın məlumatına görə, dünən yayılan 2 milyardlıq mülklərin siyahısından sonra bir çox saytlar, hətta hazırda PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin qeyri-rəsmi nəzarətində olan saytlarda "özfəaliyyət yazılar" - yəni, "şəxsi münasibətlər"ə söykənən tərifli yazılar peyda olmağa başlayıb.

Həmin yazılarda Nurlan Həsənov ilahiləşdirilib, onun Ramiz Mehdiyev-Əli Həsənov cütlüyündən kənarda tutulması naminə canyananlıq edilib. Hətta "Mehdiyev-Həsənov buruluğanı"ndan onu uzaq tutmaq üçün əmisi, sabiq deputat, "Şərurlu polkovnik" kimi tanınan Allahverdi Həsənov faktoru da qabardılıb. Elə təəssürat yaradılmağa cəhd olunur ki, guya Nurlanın yuxarıda qeyd olunan şəbəkəyə bağlılığı olmayıb. Belə yerdə deyirlər ki, dəvə quşu başını quma soxur, elə bilir onu heç kim görmür...

Hə, yeri gəlmişkən, maraqlıdır, burada Allahverdi Həsənovluq nə var ki?! Niyə onun "alov"lu müdafiəçilərinə çevrilən "jurnalistlər" səhhəti ilə məşğul olan polkovnikin adını hallandırmağa başlayıblar?!

Hər halda bunun özü də araşdırılmalı mövzudur...

Ümumiyyətlə, görəsən, böyük sərvətə və ciddi media əlaqələrinə sahiblənmiş N.Həsənov sonuncu dəfə nə vaxt həmin əmisi və oğlanları ilə nə vaxt görüşüb?

Mövzuya qayıdacağıq!

Son olaraq, N.Həsənovun mediadakı "budaqları"nı həyəcanlandıran yazıyla buradan tanış ola bilərsiniz:

https://mia.az/w1091113/ramiz-mehdiyev-ve-eli-hesenovla-adi-hallanan-nurlan-hesenov-o-kimdir-o-qeder-mulkleri-ortaya-cixdi-kisiyahi-2025-10-29-003620

Samir

MİA.AZ