ABŞ prezidenti Donald Tramp israil Baş nazirinin orduya "Qəzzanı vurun" əmrinə reakisya verib. 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu məsələdə HƏMAS-ıü günahlandırıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, onlar İsrail hərbçilərinə hücum edib, bir hərbçini öldürüblər: "Bir İsrail əsgəri öldürülüb, ona görə də onlar cavab verməli olublar. Bu, atəşkəsə təhlükə yaradan hücum deyil. HƏMAS Yaxın Şərqdə sülh prosesinin çox kiçik bir hissəsidir. Əgər onlar yaxşı işlər görsələr, yaxşı olacaqlar. Yox, əgər görməsələr, məhv olacaqlar".

Tramp əlavə edib ki, israilin son hücumları da daxil olmaqla, heç nə Qəzzada atəşkəsə xələl gətirə bilməz: "Orada daha savaş olmayacaq".

Xatırladaq ki, İsrailin hücumu nəticəsində son sutkada 63 nəfər öldürülüb, onlardan 24-ü azyaşlıdır.

Tahir Şəlvəli
MİA.AZ