Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Mübariz Ağahüseyn oğlu Şahmurovla vida mərasimi keçirilib.

Mia.az xəbər evrr ki, mərasim Bakıda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, M.Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda şəhid olub.

Allah rəhmət eləsin!