Türkiyə xarici işlər nazirinin müavini Berris Ekinci Azərbaycana gəlib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan-Türkiyə Xarici İşlər nazirlikləri arasında keçirilməsi planlaşdırılan siyasi məsləhətləşmələrdə iştirak etmək üçün Bakıda səfərdə olan Berris Ekinci əvvəlcə Fəxri və Şəhidlər xiyabanlarını, həmçinin Türk şəhidliyini ziyarət edib.