Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradze Tbilisidə rəsmi səfərdə olan Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevlə görüşüb.
Mia.az xəbər verir ki, görüş zamanı tərəflər iki ölkə arasında mövcud strateji tərəfdaşlığın əsas istiqamətlərini və təhlükəsizlik sahəsində sıx əlaqələrin daha da dərinləşdirilməsinə yönəlmiş gələcək təşəbbüsləri nəzərdən keçiriblər.
Bildirilib ki, iki ölkənin təhlükəsizlik orqanları arasında əməkdaşlıq Gürcüstan və Azərbaycan arasında əlaqələrin və regionda sülhün və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verir.
Bundan əlavə, söhbət zamanı regionda gedən proseslərə və problemlərə də toxunulub. Mamuka Mdinaradze Gürcüstana səfərinə görə Əli Nağıyevə təşəkkür edib və səfərin əhəmiyyətini vurğulayıb.
Görüşdən sonra Mamuka Mdinaradze və Əli Nağıyev Gürcüstanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə və Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklillər qoyublar/Teleqraf.az