Bu gün keçmiş qurultayların qanuniliyinə məhkəmə vasitəsiylə nail olan Özgür Özəlin lideir olduğu CHP qərardan dərhal sonra partiyada ikitirəlik salanlara qarşı "qılıncı çəkib".
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyanın Yüksək İntizam Şurası CHP-nin İstanbul təşkilatınn keçmiş sədri, sabiq partiya lideri Kamal Kılıçdaroğlunun sağ əli sayılan deputatlar Berhan Şimşek, Metin Lütfü Baydar və İstanbulun Sultanbəyli rayonu üzrə qurultay nümayəndəsi Özgür Çelikin partiyadan qovulmalarına operativ imza atıblar.

Berhan Şimşek
Xaricolunma qərarında qeyd edilib ki, onlarla partiyanın vahid siyasəti ilə uzlaşmayan davranış və fəaliyyətlərinə görə yollar ayrılıb.

Metin Lütfü Baydar
Yüksək İntizam Şurası digərləri ilə bağlı da oxçar qərar veriləcəyinin anonsunu verib.
Xatırladaq ki, Berhan Şimşek məhkəmə ərəfəsində Kamal Kılıçdaroğluna növbəti də açıq dəstəyini ifadə edib.
Firudin Səfərli
MİA.AZ