Prezidenti İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Sərdar Süleyman oğlu Səfərov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.
Digər sərəncamila ona general-mayor rütbəsi verilib.
Qeyd edək ki, polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinin komendantı olub
Onu da qeyd edək ki, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən bu gün azad edilib.