Haqqında 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustaqlığını necə keçirməsi ilə bağlı ona zəng etsək də, telefonlara cavab verməyib.
Mia.az-ın məlumatına görə, Manset.az məsələ ilə bağlı Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevlə əlaqə saxlayıb.
Ramiz Mehdiyevlə bağlı “Onun vəziyyəti necədir?” sualına İlham Əliyev belə cavab verib:
"Mənim Ramiz haqqında deyiləcək heç bir sözüm yoxdur" - deyərək telefon zəngini sonlandırıb.
Qeyd edək ki, Ramiz Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və çirkli pulların yuyulması kimi ağır cinayətlərdə ittiham olunur.