"Bizi hər gün təhdid edirlər. Açıq deyək ki, hazırda ABŞ ölkəmizə qarşı hər gün psixoloji müharibə aparır"

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Venesuela prezidenti Nikolas Maduro VTV dövlət televiziya kanalında deyib.

Onun sözlərinə görə, ABŞ ölkəsində onu devirməyə çalşır: "ABŞ ölkəmizdə rejim dəyişikliyi üçün bəhanə axtarır. Məhz bu səbəbdən Amerika imperializmi tərəfindən hər gün təhdid olunuruq. Burada bir söz, orada bir söz, bir tərəfdə gəmilər, digər tərəfdə raketlər və bizim hərəkət edən gəmilərimiziə zərbələrə baqşa ad vermək mümkün deyil. Bu, açqı aşkar qəsd və beynəlxalq qanunları ayaq altına atmaqdır. Ancaq ABŞ və hər kəs bilsin ki, ölkənin suverenliyini və müstəqilliyini qorumaq üçün xalq və ordu çiyin-çiyinədir. Biz sakit və sağlam düşüncə ilə davranacağıq. Lakin bu o deməkk deyil ki, ölkəmizə təcavüz olarsa, belə qalacağıq. Ölkəmizi sonadək müdafiə edəcəyik."

Prezident Maduro "YouTube"nin onun hesabını hələ də blokda axlayaraq, ölkəsinin haqq səsini də boğmağa çalışdıqlarını deyib: ""YouTube" komandası axmaqlardan ibarətdir. Buradan onlara səslənirəm: "YouTube, siz də məhv olacaqsınız. Çünki Venesuelaya qarşı çıxan hər kəs məhv olacaq. Siz də xəbərə, haqqa deyil, siz imperializmə xidmət edirsiniz"

Lamiyə Əhmədli
MİA.AZ