ABŞ Çini məhkəməyə verməyə hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti yazıb.
Qəzetin məqaləsində deyilir ki, Donald Tramp administrasiyasının Çinin 2020-ci ildə imzalanmış ticarət müqaviləsinin şərtlərini yerinə yetirməməsindən narahatdır və bu səbəbdən "ticarət araşdırması" aparılması tələbi qaldırmağa hazırlıq görülür: "Böyük ehtimalla bu gün, ya sabah tələblə bağlı detallar elan olunacaq".
Yazıda bu tələbin Trampla Çin prezidenti Si Cinpin arasında oktyabrın 30-da Cənubi oerayda gözlənilən görüşdən əvvəl qabardılmasının da pərdə araxasında böyük "çəkişmə"nin getməsinə işarə vurulub.
Xatırladaq ki, Tramp bir neçə gün əvvəl Çini ədalətli ticarət anlaşmalarına çağöırıb. O bildirib ki, əgər rəsmi Pekin razılaşmaya yaxın durmasa, o zaman bütün Çin məhsullarına 150 faizlik tarif tətbiq edəcək.
Lamiyə Əhmədli
MİA.AZ