Bu gün Xocalı rayonunun Təzəbinə kəndinə növbəti köç olub.

Mia.az xəbər verir ki, bu dəfə kəndə 12 ailədən ibarət 55 nəfər köçürülüb.

Bununla da Təzəbinəyə köçürülən ailələrin sayı 95 olub.

Məlumat üçün bildirək ki, kəndə köçürülmüş bütün ailələr dövlət tərəfindən yeni mənzillərlə təmin olunublar.

MİA.AZ