Bu gün Türkiyənin Xarici işlər naziri Hakan Fidan və kəşfiyyat (MİT) rəhbəri İbrahim Kalın Qətərdə HƏMAS lideri Məhəmməd Dərviş İsmayıl və Siyasi Bürosunun üzvləri ilə görüşüblər.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Dohada baş tutan görüşdə Qəzzada son vəziyyət və Sülh planının növbəti mərhələsi müzakirə olunub.

Məlumata görə, daha sonra görüş qapalı şəraitdə davam edib.
   
Samir Musayev
MİA.AZ