"Kanal D"nin məşhur serialı "İnci Taneleri" 44-cü bölümü ilə son sezon finalına çxısa da, hələ də nə avxt yeni seozana start veriləcəyi bəlli deyil.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qalmaqallı səhnələri ilə yada qalan, zaman-zaman yayımı dayandırılan serialın nə zaman ardının gələcəyi fanatları tərəfindən maraqla gözlənilir. Bəziləri iddia edirdi ki, serial bir daha yayımlanmayacaq. Daha dəqiqi, onun yenis sezon yayımına qadağa qoyulub.
Məlumata görə, güclü aktyor heyəti və cəlbedici hekayəsi ilə tamaşaçıları özünə cəlb edən bu serial gələn ay efirə dönəcək.
Bu barədə serialın baş rol ifaçısı, həm də ssenaristi Yılmaz Ərdoğan açıqlama verib: “Həll edəcəyimiz bəzi məsələlər var, onlar bitmək üzrədir. Bitən kimi serailımız efirdə olacaq".
Türkiyə mətbuatı yazır ki, serailın yeni bölümü noyabrın ikinci ongünlüyündə yayıma daxil olunacaq.
Ləman
MİA.AZ