Keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanan Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva xəstəxanadan evə buraxılıb.

Mia.az-ın məlumatına görə, bu barədə Bizim.Media-ya onun yaxınları məlumat verib.

Onun vəziyyətinin yaxşılaşdığı və həyati təhlükəsinin olmadığı bildirilib.

Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan 1986-cı il təvəllüdlü L.Qambayevanın müalicəsi evdə davam etdiriləcək.

Qeyd edək ki, L.Qanbayeva oktyabrın 7-də keçmiş həyat yoldaşı Tural Qanbayev tərəfindən bıçaqlanıb. Bədənin çoxsaylı kəsilmiş, deşilmiş yarası diaqnozu təyin olunan pasiyent üzərində zəruri instrumental-diaqnostik müayinələrdən sonra cərrahi əməliyyat icra olunub.

Lamiyə Qanbayevanı bıçaqlayan Tural Qanbayev isə törətdiyi cinayətdən sonra sirkə turşusu içərək intihara cəhd etmişdi. O, hələ də Şirvan şəhər xəstəxanasında reanimasiyadadır.