Türkiyənin ana müxalifət partiyası olan CHP-nin parlamentdəki deputat fraksiyasının üzvü, eyni zamanda, sözçüsü Ali Mahir Başarıra cinayət işi açılıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Ədliyyə naziri Yılmaz Tunç açıqlama verib.
Onun sözlərinə görə, Ankara Baş Prokurorluğunda Başarıra qarşı "prezidenti təhqir etdiyi"nə görə istintaq başlayıb: "Heç kim nifrət, təhqir və böhtan dolu ifadələri qanuniləşdirə bilməz. Qanunun aliliyi təkcə azadlıqları təmin etmir, həm də şəxsi hüquqlara hörməti təmin edir”.
Firudin Səfərli
MİA.AZ